Türk gəmisi Rusiyanın LNG zavodunu enerji ilə təmin edəcək

14:37 - 10.08.2022


10 avqust, Fineko/abc.az. Rusiyanın “Novatek” şirkəti Arctic LNG 2 istehsal sahəsini elektrik enerjisi ilə təmin etmək üçün Türkiyənin “Karpowership” şirkətinə enerji gəmisi sifariş edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə “Kommersant” öz mənbələrinə əsaslanaraq yazır.

Gəminin istehsalının nə qədər vaxt aparacağı bəlli olmasa da, eyni variantın digər iki meydança üçün də istifadə olunacağı bildirilir.

Qeyd edilir ki, Karadeniz Holdinqin filiallarından biri olan Karpowership, platformada və ya gəmidə quraşdırılmış LNG, təbii qaz və mazutla işləyə bilən üzən elektrik stansiyaları istehsal edir.

Bütün xəbərlər