“İnvest in Azerbaijan” saytı hazırlanır

15:02 - 10.08.2022


10 avqust, Fineko/abc.az. Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) “İnvest in Azerbaijan” saytı üzərində iş aparır.

ABC.AZ xəbər verir ki, bunu  AZPROMO-nun rəhbəri Yusif Abdullayev deyib.

O qeyd edib ki, saytda investorlar üçün yaradılan şərait, tətbiq edilən imtiyazlar, eləcə də cari layihələr barədə məlumatlar yer alacaq. Kənd təsərrüfatı sahəsi prioritet olduğu qədər enerji, logistika, nəqliyyat, sənayenin şaxələndirilməsi bizim üçün çox önəmlidir. Sayt investorlar üçün faydalı olacaq.

Bütün xəbərlər