Norveçdə inflyasiya son 34 ilin ən yüksək səviyyəsinə çatıb

10.08.2022,15:19


10 avqust, Fineko/abc.az. İyulda Norveçdə inflyasiya son 34 ilin ən yüksək səviyyəsinə yüksəlib. Bu da avuqst ayında Norveç Mərkəzi Bankının gözləniləndən daha yüksək faiz artımına səbəb olub.

ABC.AZ xarici mediyaya istinadla xəbər verir ki, Norveç Statistika İdarəsinin məlumatına görə, inflyasiya iyul ayında 6,8 faizə çatıb ki, bu da 1988-ci ildən bəri ən yüksək səviyyədir.

Bloomberg-in sorğusuna qatılan iqtisadçıların təxmini 6,3 faiz təşkil edib.

Mərkəzi Bankın gələn həftə keçiriləcək iclasda faizin 50 baza bəndi artımı gözlənilir.

Bu gün açıqlanan məlumatlara görə, Danimarkada inflyasiya 8,2 faizdən 8,7 faizə yüksələrək 1983-cü ildən bəri ən yüksək səviyyəyə çatıb.