Balakənin su təchizatı infrastrukturu yenidən qurulur

15:24 - 10.08.2022


10 avqust, Fineko/abc.az. Balakən şəhərinin içməli su təchizatı infrastrukturu yenidən qurulur.

ABC.AZ “Azərsu” ASC-yə istinadla xəbər verir ki, dövlət investisiyası hesabına həyata keçirilən layihə çərçivəsində Balakən şəhərinin içməli və tullantı su infrastrukturu yenidən qurulur.

Layihənin ilkin mərhələsi Balakən şəhəri üçün yeni su mənbəyinin yaradılması və anbarların tikintisini əhatə edir. Şəhərin dayanıqlı içməli su ilə təmin olunması məqsədilə Balakənçayın məcrasında 10 subartezian quyusunun qazılması, hər birinin tutumu 500 kubmetr olan mövcud su anbarlarının yenidən qurulması və 2000 kubmetr tutumu olan 2 yeni su anbarının tikilməsi layihələndirilib.

Növbəti mərhələdə şəhərin içməli su və tullantı su sistemləri tamamilə yenidən qurulacaq. Layihəyə əsasən, Balakən şəhərində 139 km içməli su və 77 km tullantı su şəbəkəsi yaradılacaq.

Bütün xəbərlər