Almaniyada inflyasiya 7,5 faiz təşkil edib

10.08.2022,15:36


10 avqust, Fineko/abc.az. Almaniyada enerji qiymətlərindəki artım səbəbiylə iyul ayında inflyasiya  7,5 faiz olaraq təyin olundu.

ABC.AZ xəbər verir ki, bu braədə Almaniya Federal Statistika İdarəsinin məlumatında açıqlanıb.

Məlumata görə, Almaniyada iyunda 7,6 faiz olan inflyasiya iyulda 7,5 faiz olub.

Beləliklə, ölkədə inflyasiya son illərdə ən yüksək səviyyədə qalıb. Almaniyada inflyasiyanın artmasının əsas səbəbi enerji olub.

Ölkə üzrə illik soba mazutu 102,6 faiz, təbii qazın qiymətləri 75,1 faiz, elektrik enerjisinin qiymətləri 18,1 faiz bahalaşıb.

İyulda ərzaq məhsullarının qiymətlərində illik artım 14,8 faiz olub.

Bu dövrdə yağın qiyməti 44,2 faiz, süd məhsullarının və yumurtanın qiymətləri 24,2 faiz, ət məhsullarının qiymətləri 18,3 faiz bahalaşıb.