Azərbaycanda internet xidməti üzrə tariflər artdı

16:10 - 10.08.2022


10 avqust, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC GPON texnologiyasının tətbiqi istiqamətində telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik edib.

ABC.AZ quruma istinadla xəbər verir ki, bu məqsədlə GPON (Gigabit Passive Optical Network) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürülür.

Qiymət dəyişikliyinə gəlincə, əvvəl 4 mbit/s internet tarifinin aylıq abunə haqqı 10 AZN təşkil edirdisə, dəyişiklikdən sonra 15 mbit/s internet tarifinin aylıq ödənişi 15 AZN-dir. Digər 10 mbit/s internet tarifinin də aylıq abunə haqqı 12,5 AZN təşkil edirdisə, sözügedən tarif dəyişikliyi ilə 30 mbit/s internet paketinin aylıq abunə haqqı 18 AZN təşkil edəcək.

Bütün xəbərlər