Hindistanla Azərbaycan arasında ticarət dövriyyəsi 107% artıb

17:02 - 10.08.2022


10 avqust, Fineko/abc.az. 2021-ci ilin yanvar-dekabr aylarında Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 739,10 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-iyun ayları ərzində ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 107,7% artaraq 895,95 milyon ABŞ dolları həcmində olub.

ABC.AZ xəbər verir ki,  bu barədə Hindistan Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar deyib.

O, Hindistanın hazırda Azərbaycan üçün dördüncü ən böyük ixrac ölkəsi olduğunu vurğulayıb.

Bütün xəbərlər