Qeyri-neft sektoruna cəlb edilən xarici investisiyaların həcmi 10 mlrd. dollardan çoxdur

10:02 - 11.08.2022


11 avqust, Fineko/abc.az. Azərbaycanın qeyri-neft sektoruna cəlb edilən birbaşa xarici investisiyaların həcmi 2012-ci ildən 2021-ci ilədək 10 milyard ABŞ dollarından çox olub. 2022-ci ildə, eyni zamanda, növbəti illərdə də birbaşa xarici investisiyaların həcminin artacağı nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev jurnalistlərə açıqlamasında deyib.

“Bizim birbaşa xarici investisiyaların təşviqi strategiyasında müəyyən rəqəmlər nəzərdə tutulub ki, bu rəqəmlər illər üzrə bölünüb. Rəqəmlərdə müəyyən düzəlişlər ola bilər. Ortalama cəlb edilən birbaşa xarici investisiyalar illik 1 milyard dollar civarındadır”, - deyə AZPROMO rəhbəri diqqətə çatdırıb.

 

Bütün xəbərlər