Sənaye zonalarına 6,4 mlrd. manatdan çox investisiya yatırılıb

11:33 - 11.08.2022


11 avqust, Fineko/abc.az. Bugünədək sənaye zonalarında 108 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan 60-ı artıq fəaliyyətə başlayıb.

Bu barədə ABC.AZ İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.

Bildirilir ki, sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10 min 100-dən çox daimi iş yeri yaradılıb.

Sənaye zonaları ölkənin qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. Belə ki, 2022-ci ilin I yarısında 1,3 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,9 faiz, qeyri-neft sənaye məhsullarının ixracında 33,1 faiz (543,9 milyon manat) olub.

Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilib.

Bütün xəbərlər