EIA “Brent” neftinin qiymətləri üzrə proqnozunu yüksəldib

11:58 - 11.08.2022


11 avqust, Fineko/abc.az. ABŞ Energetika Nazirliyi 2022-ci ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozu 104,05 ABŞ dollarından 104,78 dollaradək yüksəldib.

ABC.AZ Apa-ya istinadla xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında deyilir.

Hesabata görə, 2023-cü ildə neftin qiyməti 95,13 dollar təşkil edə bilər, bu da iyulda verilən proqnoz göstəricidən 1,38 dollar çoxdur.

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2022-ci ildə 98,71 dollar (öncəki proqnoz – 98,79 dollar), 2023-cü ildə isə 89,13 dollar (öncəki proqnoz – 89,75) səviyyəsində olacağı ehtimal olunur.

Qeyd olunur ki, ötən il "Brent" markalı etalon neftin orta qiyməti 70,89 dollar, WTI neftimim qiyməti isə 68,21 dollar təşkil edib.

Bütün xəbərlər