Ukraynadan keçən Rusiya neft xəttində axın başlayıb

12:18 - 11.08.2022


11 avqust, Fineko/abc.az. Rusiyanın "Transneft" boru kəməri operatoru Ukrayna ərazisindən keçən "Drujba" keçidinin cənub hissəsində neft tranzitinin başladığını açıqlayıb.

ABC.AZ xarici mediyaya istinadla xəbər verir ki, bu barədəTransneft şirkətinin sözçüsü İqor Dyomin Bloomberg-ə bildirib.

Transneft daha əvvəl Ukrayna tərəfinin ödənişləri etməməsi səbəbilə Macarıstan, Çexiya və Slovakiyaya neft axınının "Drujba" boru kəmərinin cənub hissəsi vasitəsilə kəsildiyini açıqlamışdı.

Şirkət ödənişi iyulun 22-də etdiyini, lakin Avropa banklarını transsərhəd ödənişlərlə bağlı malik olmadıqları səlahiyyətlərdən istifadə etməkdə ittiham edərək iyulun 28-də ödənişlərin geri göndərildiyini bildirib.

 

Bütün xəbərlər