Tatarıstan islam bankçılığının tətbiqi üçün pilot region olmaq niyyətindədir

12:27 - 11.08.2022


11 avqust, Fineko/abc.az. Tatarıstan Rusiyada İslam bankçılığının tətbiqi üçün pilot region olmaq niyyətindədir.

ABC.AZ xəbər verir ki, bunu respublikanın baş nazirinin müavini Midxat Şaqiyaxmetov deyib.

“Tatarıstan Respublikası uzun illərdir ki, İslam maliyyəsinin inkişafına böyük diqqət yetirir.  Praktiki nəticələr əldə edilmişdir.  Həm maliyyə xidmətlərinin göstərilməsi, həm də tərəfdaşlıq maliyyəsi prinsipləri əsasında vəsaitlərin cəlb edilməsi ilə bağlı layihələr həyata keçirilir”, - deyə  Şaqiyaxmetov bildirib.

Qeyd edək ki, Rusiya Mərkəzi Bank avqustun əvvəlində İslam bankçılığının tətbiqinə dair pilot layihənin 2023-cü ildə Çeçenistan və Dağıstanda başlayacağını açıqlamışdı. Məsələ Rusiya Bankının iştirakı ilə Rusiya Maliyyə Nazirliyi tərəfindən işlənir, o cümlədən qanunvericiliyə düzəlişlər hazırlanır. 

Bütün xəbərlər