Banklar valyuta hərracına tələbi 15% azaldıb

12:47 - 11.08.2022


11 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, avqustun 11-də valyuta hərracında $39,0 mln satılıb ki, bu da ötən hərracda olduğundan $7,1 mln (15,40%) azdır.

"Banklar tərəfindən valyuta hərracında tələb $39,0 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın nəticələrinə görə manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

 

Bütün xəbərlər