ABŞ və Rusiya arasında ticarət dövriyyəsi 3 mlrd. dollar azalıb

14:04 - 11.08.2022


11 avqust, Fineko/abc.az. Rusiya mallarının ABŞ-a tədarükü 18 il ərzində minimuma düşüb.

ABC.AZ xarici mediyaya istinadla xəbər verir ki,  buna nüvə yanacağı və palladium tədarükünün kəskin azalması səbəb olub.

İyun ayında ABŞ-a Rusiya mallarının idxalı may ayı ilə müqayisədə 1,7 dəfə azalıb.Sanksiyalar fonunda Rusiya-Amerika ticarəti 2021-ci il səviyyəsi ilə müqayisədə dörd dəfə azalıb.

Qeyd edilir ki, ABŞ-ın Rusiyaya mal ixracı yeni rekord həddə - 58 milyon dollara düşdü, Rusiyadan ABŞ-a idxal isə aylıq müqayisədə 1,7 dəfə azalaraq 661 milyon dollar oldu.

İyun ayında ABŞ və Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsi iki ölkə arasında 2021-ci il üçün orta aylıq dövriyyədən (3 milyard dollar) dörd dəfə az olub.

Bütün xəbərlər