MN: Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görülür

17:09 - 11.08.2022


11 avqust, Fineko/abc.az. Azərbaycan Ordusu tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən Buzdux və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqlar yerinə yetirilir.

ABC.AZ Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və dəqiqləşdirilmiş mövqelərə təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Bütün xəbərlər