“Dəmirbank”-ın Qubadakı daşınmaz əmlakı hərraca çıxarılacaq

10:16 - 12.08.2022


12 avqust, Fineko/abc.az. Avqustun 31-i saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Fonddan ABC.AZ-a bildirilib ki, daşınmaz əmlak Quba rayonu, Zərdabi qəsəbəsi ünvanında 0,12798 hektar torpaq sahəsində yerləşən  qeyri-yaşayış sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 170 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Əlaqə vasitələri:Tel: 055-206-66-67, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27.