Ukrayna ABŞ-dan daha 3 mlrd. dollar maliyyə yardımı alacaq

10:38 - 12.08.2022


12 avqust, Fineko/abc.az. Ukrayna avqustun sonuna kimi ABŞ-dan daha 3 milyard dollar gözləyir

ABC.AZ xarici mediyaya istinadla xəbər verir ki, bu barədə  Ukraynanın maliyyə naziri Serhi Marçenko bildirib.

Nazir qeyd edib ki, avqustun sonuna qədər Ukrayna yayın əvvəlində razılaşdırılmış 7,5 milyard dollarlıq paket çərçivəsində ABŞ-dan daha 3 milyard dollar maliyyə yardımı alacaq.Bu pullar səhiyyə və pensiyaya yönəldiləcək.

Marçenko bildirib ki, ilin sonuna qədər ümumilikdə Ukrayna təkcə ABŞ-dan deyil, digər ölkələrdən də təxminən daha 16-17 milyard dollar xarici maliyyə yardımı almalıdır.

Bütün xəbərlər