Cari ildə vergi daxilolmaları 3,9 mlrd. manat artıb

11:51 - 12.08.2022


12 avqust, Fineko/abc.az. 2022-ci ilin yeddi ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 9 milyard 136 milyon 62,5 min manat vergi daxil olub, proqnoza 108,7 % əməl edilib.

Bu barədə ABC.AZ-a Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 73,2 faiz və ya 3,9 milyard manat artıb.

Bütün xəbərlər