Qeyri-neft-qaz sektorudan vergidaxilolmaları 36% artıb

12:03 - 12.08.2022


12 avqust, Fineko/abc.az. 2022-ci ilin yanvar-iyul aylarında qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 181 milyon 192,9 min manat olub, proqnoza 101,1 % əməl edilib.

ABC.AZ Dövlət Vergi Xidmətinin məlumatına istinadla xəbər verir ki, dövlət büdcəsinə proqnozdan əlavə 56 milyon 785,9 min manat vəsait daxil olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 35,9% və ya 1 milyard 367 milyon 998,1 min manat artıb.

Bütün xəbərlər