Sahibkarlığın İnkişafı Fondu qadın sahibkara güzəştli kredit verib

14:08 - 12.08.2022


12 avqust, Fineko/abc.az. Sahibkarlığın İnkişafı Fondu tərəfindən regionlarda turizm sahəsində biznes klasterlərinin inkişafı üçün maliyyə dəstəyi göstərilir.

ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.

Nazir qeyd edib ki, ötən il sahibkar Təranə Səmədovaya turizm fəaliyyətinin genişləndirilməsi məqsədilə 120 min manat güzəştli kredit ayrılıb.

Bütün xəbərlər