ING bankı Rusiyadan neft tranziti üçün ödəniş etməyə razılaşıb

15:20 - 12.08.2022


12 avqust, Fineko/abc.az. Hollandiyanın ING bankı Rusiya neftinin Ukrayna ərazisindən tranzitinə görə ödəniş etməyə razılaşıb.

ABC.AZ Reuters Agentliyinə istinadla xəbər verir ki, ödəniş həyata keçirilərsə, bu, Çexiyaya neft tədarükünün bərpası istiqamətində bir addım olacaq.

Xatırladaq ki,avqustun 4-dən Çexiya, Macarıstan və Slovakiyaya çatdırılmalar dayandırılmışdı, çünki Aİ-nin sanksiyalarına görə Ukrayna ərazisindən tranzit üçün ödəniş etmək mümkün deyildi. Lakin çərşənbə günü ölkələr Ukrayna ərazisindən tranzit üçün ödəniş etdikdən sonra Macarıstan və Slovakiya üçün neft tədarükü bərpa edildi.

Məlumata görə, bank ilkin olaraq tranzit şirkətlər arasında bloklanmış ödənişi nəzərdən keçirdikdən sonra qəbul edib. Ehtimal olunur ki, şənbə günü Çexiyaya neft tədarükünün əvvəlki həcmi bərpa olunacaq.

Bütün xəbərlər