Yeddi ayda kənd təsərrüfatı məhsulları istehsalı 5,6% artıb

15:54 - 12.08.2022


12 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında Azərbaycanda 5 milyard 271 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

ABC.AZ  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % çoxdur. Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 8,5 % artaraq 2 734,3 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 2,6 % artaraq 2 milyon 536,7 min manata çatıb.

Bütün xəbərlər