Kənd Təsərrüfatı Nazirliyi buğda istehsalçılarına müraciət edib

16:11 - 12.08.2022


12 avqust, Fineko/abc.az.  Kənd Təsərrüfatı Nazirliyi buğda istehsalının stimullaşdırılması məqsədilə müqavilələrin bağlanılması üçün fermerlərə müraciət edib.

ABC.AZ Nazirliyə istinadla xəbər verir ki, ərzaqlıq buğda istehsal edə biləcək potensial təsərrüfatların müəyyənləşdirilməsinə başlanılıb.

Belə ki, sahəsi 50 hektardan böyük, ərazisi bir massivdə yerləşən, pivot suvarma sistemləri qurulmuş və yaxud qurulması planlaşdırılan təsərrüfatların rəhbərləri müqavilə bağlamaq üçün nazirliyə müraciət edə bilərlər.

Proqrama qoşulmaq istəyən fermerlər müvafiq sorğu anketini dolduraraq [email protected] e-mail ünvanına göndərməlidirlər.

Bütün xəbərlər