İcbari tibbi sığorta haqları üzrə vergidaxilolmaları 40% artıb

15.08.2022,10:16


15 avqust, Fineko/abc.az.  2022-ci ilin yanvar-iyul aylarında icbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 40,5 faiz artaraq 458,6 milyon manat olub, proqnoz 103,3 faiz yerinə yetirilib.

Bu barədə ABC.AZ-a  Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata əsasən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 52,8 faiz artaraq 311,6 milyon manat təşkil edib, proqnoz 101,8 faiz icra olunub.