SİMA-nın növbəti tərəfdaşı  “Qala Həyat” sığorta oldu

12:10 - 15.08.2022


15 avqust,Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın  növbəti tərəfdaşı “Qala Həyat” sığorta şirkəti oldu. 

ABC.AZ quruma istinadla xəbər verir ki, bundan sonra “Qala Həyat” müştəriləri SİMA yeni nəsil rəqəmsal imzanın imkanlarından yararlanaraq şəxsi kabinetlərinə daxil olub, “Kredit üzrə borcalanın həyat sığortası” məhsulunu sifariş verə biləcəklər. 

“Qala Həyat” sığorta şirkətinə müraciət edən və müsbət cavab alan müştərilər sənədlərin imzalanmasını SİMA vasitəsilə məsafədən və operativ həyata keçirəcəklər.

Qeyd edək ki, mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. 
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Bütün xəbərlər