Sığorta sahəsində attestasiya keçiriləcək

12:32 - 15.08.2022


15 avqust, Fineko/abc.az. Avqustun 19-da sığorta sahəsində attestasiya keçiriləcək.

Bu barədə ABC.AZ-a Mərkəzi Bankdan məlumat verilib.

Bildirilib ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 2.4-cü bəndinə əsasən, 10 sığorta vasitəçisi Mərkəzi Bankda keçiriləcək attestasiyaya dəvət olunurlar.
Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Bütün xəbərlər