Ötən ay daşınmaz əmlak üzrə qeydiyyat 12 % artıb

15.08.2022,14:25


15 avqust, Fineko/abc.az. Cari ilin iyul ayında Azərbaycanda daşınmaz əmlak üzrə 27 065 mülkiyyət hüququ qeydə alınıb. Bu, ötən ilin eyni ayının göstəricisi ilə müqayisədə 11,9 % çoxdur.

Bu barədə ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir .

Qeyd olunur ki, aylıq göstəricinin 6 311-i ilkin qeydiyyat, 20 754-ü isə təkrar qeydiyyat olub ki, bu da bir il ərzində müvafiq olaraq 26,8 % və 8,1 % artım deməkdir.
Ümumilikdə ay ərzində fərdi yaşayış və bağ evləri üzrə 3 994, mənzillər üzrə 7 790, torpaq sahələri üzrə 11 448, digər daşınmaz əmlak növləri üzrə isə 833 mülkiyyət hüququ qeydə alınıb 
Hesabat dövründə 21367 daşınmaz əmlak üzrə texniki pasport tərtib edilib, 366 yüklülük (İcarə, istifadə hüquqlarının qeydiyyatı), 5 612 ipoteka müqaviləsi qeydiyyata alınıb. Bu da ötən ilin may ayının göstəricisi ilə müqayisədə müvafiq olaraq 15,5 %, 12,3 %, və 41,5 % çoxdur.
Ay ərzində məhdudlaşdırmaya dair dövlət reyestrindən 64 646 arayış (FORMA-1) verilib ki, bu da illik müqayisədə 104,6 % artım deməkdir.