Cari ildə dövlət büdcəsi 1 mlrd. 268,9 mln. manat profisitlə icra edilib

15.08.2022,15:30


15 avqust, Fineko/abc.az.  Bu il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi ilkin olaraq 3 milyard 63 milyon manat məbləğində təsdiq edilib, sonradan müvafiq qaydada dəyişikliklər olunaraq 3 milyard 106 milyon manata çatdırılıb, hesabat dövründə isə dövlət büdcəsi 1 milyard 268,9 milyon manat profisitlə icra edilib.

Bu barədə ABC.AZ Hesablama Palatasının 2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumatına əsasən xəbər verir.

Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə hesabat dövrü üçün nəzərdə tutulmuş məbləğ 434 milyon manat və ya 31,9 faiz az icra olub ki, bu da 2021-ci ilin müvafiq dövründə daxil olmuş vəsaitlə müqayisədə 2,1 dəfə azdır.