Ərzaq məhsulları 18% bahalaşıb

17:13 - 15.08.2022


15 avqust, Fineko/abc.az.  Qlobal inflyasiya prosesləri ölkə daxilində də izlənib, qiymət artımının daha çox təklif kanallarından təsirləndiyini deməyə əsas verib. İnflyasiya həm daxili, həm də xarici faktorlarla əlaqəli olub, bahalaşma daha çox ərzaq məhsulları üzrə qeydə alınıb (18,4 faiz).

ABC.AZ xəbər verir ki, bu, Hesablama Palatasının 2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumatında əksini tapıb.

Baxılan dövrdə istehsalçı qiymət indekslərinin və idxal məhsullarının bahalaşması inflyasiyanın daha çox təklif kanallarından formalaşdığı qənaətinə gəlməyə əsas verib. Belə ki, əksər istehsalçı qiymət indekslərində artım izlənib, ötən ilin müvafiq dövrünə nisbətən yanvar-may aylarında idxal məhsulları 21 faiz artıb.

Bütün xəbərlər