Gəncədə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

14:56 - 16.08.2022


16 avqust, Fineko/abc.az. Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Gəncə şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

ABC.AZ xəbər verir ki,  hazırda “Azərsu” ASC-nin briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa olunacaq.

Bütün xəbərlər