DGK xətti ilə büdcə daxilolmaları artıb

15:07 - 16.08.2022


16 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 milyard 020,284 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,6% çoxdur

Bu barədə ABC.AZ  DGK-nin məlumatına istindla xəbər verir.

Qeyd olunur ki, son bir ildə gömrük rüsumları üzrə daxilolmalar 13,9% artaraq 748,471 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 30,4% artaraq 2 151,566 milyon manat, aksizlər üzrə daxilolmalar 7,95% azalaraq 85,361 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 42,3% artaraq 34,885 milyon manat olub.

Bütün xəbərlər