Cari ildə bağlanmış və yeni açılmış iş yerlərinin sayı açıqlanıb – Statistika  

17:02 - 16.08.2022


16 avqust, Fineko/abc.az. 2022-ci ilin altı ayı ərzində ölkədə 33,5 min yeni iş yerləri açılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, yaradılmış iş yerlərinin 92 faizi qeyri-dövlət sektorunda yaradılıb.

Yeni açılmış iş yerlərinin 81,1 faizi Bakı şəhərinin, 0,4 faizi Naxçıvan Muxtar Respublikasının, 18,5 faizi digər regionların payına düşüb.
Yeni açılmış iş yerlərinin 9,4 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,7 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,4 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Bununla yanaşı, 2022-ci ilin altı ayı ərzində ölkədə 4,3 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 43,2 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 44,8 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 55,2 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

Bütün xəbərlər