Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 476 mln. dolları ötüb

10:11 - 17.08.2022


17 avqust, Fineko/abc.az.  2022-ci ilin yeddi ayında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 476,5 milyon dollar olub.

Xəbər verilir ki, həmin dövrdə Azərbaycan bu ölkədən 148 milyon 236 min dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 328 milyon 268 min dollar olub.

Xatırladaq ki, ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar təşkil edib.

Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.

© Azertag.az

Bütün xəbərlər