Faiz gəlirləri 70 mln. manatdan çox olan banklar

11:03 - 17.08.2022


17 avqust, Fineko/abc.az.  Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin I yarısındakı faiz gəlirləri 70 milyon manatdan çox olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar “Kapital Bank” (291,307 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (253,856 milyon manat), “PAŞA Bank” (145,824 milyon manat) və “Unibank” (75,487 milyon manat) ASC-lərdir.

Qalan 22 bankdan 16-da faiz gəlirləri 10-70 milyon manat arasında, 6 bankda isə 10 milyon manatdan azdır.

Bütün xəbərlər