İsveçrənin məşhur şokolad istehsalçısı Rusiya bazarını tərk edir

17.08.2022,11:37


17 avqust, Fineko/abc.az.  Dünyanın aparıcı şokolad və qənnadı məmulatları istehsalçılarından biri olan İsveçrənin Lindt & Sprüngli şirkəti Rusiya bazarından çıxdığını elan edib. 

ABC.AZ xəbər verir ki, müvafiq bəyanat şirkətin saytında dərc olunub.

Bütün brend butiklərin və onlayn mağazanın bağlandığını elan etdikdən sonra şirkət rusiyalı işçilərini dəstəkləməyə davam edəcəyini bildirib. 

Artıq Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi İsveçrə şirkətinin qərarına reaksiya verib. Nazirlik öz Telegram kanalında xatırladıb ki, Lindt & Sprüngli şirkətlər qrupunun məhsulları yüksək qiymət seqmentində Rusiya bazarının kiçik bir hissəsini tutur. Yerli istehsalçılar isə bunu almağa hazırdır.