12:00 - 17.08.2022
17 avqust, Fineko/abc.az. Avqustun 19-u saat 11:00-da “Xəzəryanı ixtisaslaşdırılmış hərrac mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Bank Standard” QSC Kommersiya Bankının balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
ABC.AZ Fonda istinadla xəbər verir ki, daşınmaz əmlak Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında istifadədə olan 0,05382 hektar torpaq sahəsində yerləşən (ü/s 54.90 kvadratmetr) olan 22 saylı mənzildir.
Daşınmaz əmlakın ilkin satış qiyməti 219 min 600 manatdır.
Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına alış qiyməti isə 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Hərracda iştirak etmək istəyənlər üçün əlaqə vasitələri: Tel: (+994 12) 511-00-94; Mob: (+994 70) 311-00-94, Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 89, mən 1.
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024