Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə ötürülən təbii qazın həcmi açıqlanıb 

12:10 - 17.08.2022


17 avqust, Fineko/abc.az. 2022-ci yanvar-iyul aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 22 milyard 932,8 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 15,8 faiz artım müşahidə olunub.

Bu bardə ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir.

Qeyd edilir ki, yarım ildə qaz nəqlinin 52,4 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 12 milyard 20,2 milyon kubmetr təbii qaz ixrac edilib.

Bütün xəbərlər