Yeddi ayda BTC ilə 16 mln. tondan çox neft daşınıb

12:26 - 17.08.2022


17 avqust, Fineko/abc.az. 2022-ci ilin yeddi ayında Azərbaycandakı magistral neft kəmərləri ilə 20 milyon 953,3 min ton neft nəql olunub.

Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir.

Bildirilir ki, nəqletmənin 79,1 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yeddi ayı ərzində bu kəmərlə 16 milyon 559 min ton neft nəql edilib.
Dövr ərzində BTC ilə 2 milyon 614,4 min ton tranzit nefti də ötürülüb.

Bütün xəbərlər