“BakuBus” nəqliyyat şirkəti ili ziyanla başa vurub

13:39 - 23.10.2017


“BakuBus” MMC ötən il ərzində fəaliyyətinin yekunlarını açıqlayıb.

Şirkətin illik hesabatında deyildiyi kimi, 1 yanvar 2017-ci il tarixində şirkətin aktivləri 226,143 milyon manat  təşkil etmişdir ki, bu da ötən ilin 1 yanvar tarixində qeyd edilən göstərici ilə müqayisədə 7,7%-ə qədər aşağıdır.

“Bir il ərzində “Baku Bus” şirkətinin ümumi öhdəlikləri 9,8%-ə qədər azalaraq 177,967 milyon manat, ümumi kapital 0,85%-ə qədər artaraq 48,177 milyon manat, nizamnamə kapitalı isə 39,8%-ə qədər azalaraq 18,049 milyon manat təşkil etmişdir”, - deyə hesabatda bildirilir.

Hesabatda həmçinin qeyd edilir ki, 2016-cı ildə sərnişin daşımalarından əməliyyat gəlirləri 12,629 milyon manat, əməliyyat xərcləri  28,39 milyon manat, inzibati xərclər 4,484 milyon manat, məzənnə fərqindən zərər  31,862 milyon manat, gəlir vergisi üzrə ödəmələr  40 min manat təşkil etmişdir.

“Nəticədə, şirkət 2016-cı maliyyə ilini, 54,638 milyon manat xalis zərərlə bitirdi ki, bu da 2015-ci il ilə müqayisədə,  42,6%-ə qədər daha azdır. Zərərin ödənilməsi məqsədi ilə, dövlət, şirkətə 181,697 milyon manat həcmində sərmayə qoyub.

 

Bütün xəbərlər