Yeni Zelandiya Mərkəzi Bankı faiz dərəcələrini yenidən qaldırdı

17.08.2022,15:09


17 avqust, Fineko/abc.az. Yeni Zelandiyanın Mərkəzi Bankı ölkədə yüksək inflyasiya ilə mübarizə aparmaq üçün siyasət faizini 0,50 baza bəndi artıraraq 3 faizə çatdırıb.

ABC.AZ xarici mediyaya istinadla xəbər verir ki, bank dördüncü ildir ki, faiz dərəcələrini artırıb.

Bank qarşıdakı dövr üçün proqnozlarını da açıqlayıb. Müvafiq olaraq, bank siyasət faizini ilin sonunda yüzdə 3,69 səviyyəsində proqnozlaşdırarkən, 2023-cü ilin ikinci rübündə faiz dərəcəsinin 4,1 faizlə zirvəyə çatacağını bildirib.