17:14 - 29.05.2018
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) öz uğurlu fəaliyyəti çərçivəsində fərdi üzvlük paketlərinin yenilənmiş formasını təqdim edir.
Ənənəvi korporativ üzvlük paketindən fərqli olaraq fərdi üzvlük paketlərini əldə edən müştərilər bir çox üstünlüklər əldə edə biləcək.
Öz gələcək karyerasını qurmaq, bu sahədə bilik və bacarıqlarını daha peşəkar səviyyəyə çatdırmaq istəyən şəxslər bu paketləri əldə etməklə karyera sərgiləri, forum və konfranslar, seminarlar, sertifikasiya imtahanlarına endirimlər, veb məqalələrin yayımlanması, mövcud vakansiya imkanlarından faydalanmaq, tədqiqat və araşdırma hesabatları ilə tanış olmaq, eləcə də ARPA-nın illik toplantısında iştirak kimi imkanlardan yararlanacaq.
Qeyd edək ki, ARPA tərəfindən 4 fərdi üzvlük paketi təqdim olunur ki, bunlara “Sadə”, “Tələbə”, “Assosiativ” və “Peşəkar” adlı paketlər daxildir. “Sadə” paket üzrə illik üzvlük ödənişsizdir. “Sadə” paketi əldə edən şəxs, il ərzində ARPA-nın sertifikasiya proqramlarından istifadə etməlidir, əks halda 1 ildən sonra üzvlük qeydiyyatı dayandırılır.
“Tələbə” paketi üzrə illlik üzvlük haqqı 30 AZN, “Assosiativ” - illik 60 AZN, “Peşəkar” illik – 120 AZN təşkil edir.
Onu da qeyd edək ki, yenilənmiş fərdi üzvlük paketlərinə dair minimal tələblər də müəyyən edilib. Tələbələrə əsasən, üzv olmaq istəyən şəxs ali təhsilli olmalı, müvafiq peşəkarlıq istiqaməti üzrə iş təcrübəsi olmalıdır.
Fərdi üzvlük paketlərini əldə etmək istəyən şəxslər (http://arpa.org.az/az/ferdi-uzvluk-paketleri/) müvafiq linkə daxil olmaqla qeydiyyatdan keçərək öz müraciətlərini təsdiq edə bilərlər.
Xatırladaq ki, ARPA 2009-cu ildən fəaliyyət göstərir. Qurumun məqsədi ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməkdir.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024