16:52 - 19.08.2022
19 avqust, Fineko/abc.az. Avqustun 31-i saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
ABC.AZ Fonda istinadla xəbər verir ki, daşınmaz əmlak Quba rayonu, Zərdabi qəsəbəsi ünvanında 0,12798 hektar torpaq sahəsində yerləşən (ü/s 1221,4 kvadratmetr) qeyri-yaşayış sahəsidir.
Daşınmaz əmlakın ilkin satış qiyməti 170 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına, həmçinin alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Hərracda iştirak etmək istəyənlər üçün əlaqə vasitələri : Tel: 055-206-66-67, Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024