Çimərlik ərazisindəki tikililərin söküntüsü davam edir – Foto

10:37 - 24.08.2022


24 avqust, Fineko/abc.az. Xəzər rayonu, Buzovna qəsəbəsində qanunsuz tikililərin söküntü prosesləri davam etdirilir.

Bakı şəhər İcra Hakimiyyətindən ABC.AZ-a verilən məlumata görə, Buzovna çimərliyinin ərazisində Bakı şəhəri və Xəzər Rayon İcra Hakimiyyətinin nəzarəti altında ərazidəki qanunsuz tikililərin sökülməsi prosesi gedir.

Belə ki, texnikanın dağıtdığı tikintilərin qalıqlarını şəhər və rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən təmizlənir.

Birlikdən bildirilib ki, ərazidə həm texnika, həm də canlı qüvvə çalışır. Söküntü prosesi davam etdirilir.

 

Bütün xəbərlər