FHN Masallıda yanğını söndürə bilməyib?

14:05 - 26.08.2022


26 avqust, Fineko/abc.az. Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirliyin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, ümumilikdə yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları iştirak edir. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Bütün xəbərlər