"Kinder"dən sonra" məhsullarında da bakteriya aşkarlandı

14:39 - 29.08.2022


29 avqust, Fineko/abc.az. ""Kinder"dən sonra Oreo, Mikado və Pepito istehsalçısı olan ABŞ-ın “Mondelez” şirkətinin məhsullarında salmonella bakteriyası ehtimalı səbəbindən 3 istehsal sahəsini bağladığı bildirilib.

ABC.AZ-ın məlumatına görə, bu barədə xarici mətbuatda qeyd edilib.

Xəbərə görə, İsveçrənin kakao və şokolad istehsalçısı “Barry Callebaut” “Mondelez”ə məhsullarında salmonella bakteriyası olma ehtimalı ilə bağlı xəbərdarlıq edib.

“Ferrero”nun Kinder məhsulları ilə ortaya çıxan salmonella qalmaqalının bənzərini yaşamamaq üçün “Mondelez”in Oreo peçenyelərinin də istehsal edildiyi 3 böyük istehsal sahəsində bəzi bölmələrini qismən, bəzilərini isə tamamilə bağladığı bildirilir.

Şirkət rəhbərləri bağlanma səbəbinin “böyük təmizlik” olduğunu deyir, lakin Le Figaro əsas səbəbin salmonella xəbərdarlığı olduğunu irəli sürür.

Qida mütəxəssisləri son vaxtlar istehlak məhsullarında salmonella və buna bənzər bakteriyaların ortaya çıxmağını istehsalçıların “daha qənaətcil” olduqları ilə əlaqələndirirlər.

Belə ki, istehsalçılar qənaət məqsədilə ucuz inqrediyentlərdən istifadə edirlər.

Bütün xəbərlər