Dövlət Xidməti 11 nəqliyyat vasitəsini özəlləşdirdi

16:53 - 30.08.2022


30 avqust, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 30 avqustda keçirilən növbəti hərracda 11 nəqliyyat vasitəsi özəlləşdirilib.

ABC.AZ xəbər verir ki, ilkin start qiyməti 1 800 manat olan “UAZ” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 4490 manata satılıb.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.