Avropa Bankı Azərbaycanın bu şirkətinə 4 milyon dollar pul ayırdı

10:38 - 1.09.2022


1 sentyabr, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycana məxsus “West & East Forward” MMC-yə və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində fəaliyyət göstərən “Alat Bay Industrial Development” şirkətinə 5 min ton tutumlu soyuq və quru anbarın tikintisi üçün 4 milyon ABŞ dolları kredit ayırıb.

ABC.AZ xəbər verir ki, bu barədə EBRD məlumat yayıb.

Məlumata görə, kredit Azərbaycanın tranzit potensialının - idxal-ixrac yükdaşıma qabiliyyətini artırılması məqsədi ilə ayrılıb, Azərbaycanda kommersiya məqsədli soyuducu anbarların çatışmazlığını aradan qaldırmağa yönəlib.

Bundan başqa, yeni anbar Gürcüstanın Qara dəniz limanları ilə Bakı Limanı arasında çatdırılma dəyərini və vaxtını azaltmaqla Azərbaycana və Azərbaycandan tranzit keçməklə yükdaşımaların artırılmasına hesablanıb.

Bu, temperaturuna nəzarət edilən malların daşınması üçün daha az yük maşını səfərləri və nəticədə daha az karbon emissiyası deməkdir.

Bütün xəbərlər