“Şahdağ Turizm Mərkəzi”nə sədr təyin edilib - Foto

12:34 - 1.09.2022


1 sentyabr, Fineko/abc.az. Dövlət Turizm Agentliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC mövsümə yeni sədrin idarəetməsi altında başlayır.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Rüstəm Nəcəfov Azər oğlu “Şahdağ Turizm Mərkəzi”nin İdarə Heyətinə yeni sədri təyin edilib.

R.Nəcəfov bir müddət “Şahdağ Turizm Mərkəzi”nin sədri kimi çalışıb. 2016-cı il mart- 2018 dekabr aylarında dövlət kapitallı şirkətə sədirlik etsə də, həmin tarixdən sonra Bakı Şəhər İcra Hakimiyyətində departament müdri, 2021-ci ilin iyununda isə “Agroarco”da rəhbər təyin edilmişdi.

O, bu vəzifədə Kamran Kazımov Oqtay oğlunu əvəz edib. K.Kazımov 2021-ci ilin avqustunda sədr müavini kimi təyin edilmişdi və həmin tarixdən sədr vəzifəsini müvəqqəti icra edirdi. 2022-ci ilin martınan isə Kazımovun sədr kimi vəzifəsinə başlamışdı.


Bütün xəbərlər