İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institut olacaq

15:49 - 1.09.2022


1 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Romada İtaliya-Azərbaycan Universitetinin açılışına qatılıb.

ABC.AZ-ın məlumatına görə, Prezident İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institutun fəaliyyət göstərəcəyini bildirib.

“İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institut – Kənd Təsərrüfatı və Qida Elmləri İnstitutu və Dizayn və Memarlıq İnstitutu fəaliyyət göstərəcək. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. Bizim çox güclü siyasi-iqtisadi əlaqələrimiz mövcuddur”, - deyə dövlət başçısı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimində bildirib.