Avropa İttifaqı dinc Cənubi Qafqazı dəstəkləməyə davam edir - Cozep Borrell

17:28 - 1.09.2022


1 sentyabr, Fineko/abc.az. "Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən dördüncü görüşü alqışlayıram”.

ABC.AZ xəbər verir ki, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell öz rəsmi tviter hesabında yazıb.

Onun sözlərinə görə, iki ölkə arasında sülh sazişi ilə bağlı irəliləyişə nail olmaq üçün işləməyə davam etmək, eləcə də humanitar və kommunikasiya sahələrində səyləri davam etdirmək vacibdir: “Avropa İttifaqı dinc, təhlükəsiz və firavan Cənubi Qafqazı dəstəkləməyə davam edir”.

Bütün xəbərlər